Moldovada 6 biznesmen onlara pislik edən deputatı zorlayıb
2021-04-03 19:17:00
Moldovada 6 biznesmen onlara pislik edən deputatı zorlayıb

Moldova parlamentinin deputatını 6 biznesmen qisas məqsədilə zorlayıb. 

Bu barədə "Bizim partiya"nın sədri Renato Usatıy TV8 telekanalının efirində deyib. O bildirib ki, həmin deputatın əməlindən zərər çəkən 6 biznesmen qisaslarını belə alıblar və sözün həqiqi mənasında onu zorlayıblar. 

Partiya sədri hazırda parlamentin üzvü olan deputatın adını çəkməyib. Amma bunun həqiqət olduğunu söyləyib. 

Bildirilir ki, həmin deputat hakim partiyaya rəhbərlik etmiş oliqarx Vlad Plaxotnuyukun dövründə biznesmenlərə qarşı özbaşınalıq edib.

Rusiya mətbuatı yazır ki, bu əhvalatı danışan Renato Usatıy Rusiyada beynəlxalq axtarışa verilib. O, Rusiyadan qeyri-qanuni yolla 500 milyard rublun çıxarılmasında şübhəli bilinən qrupun iştirakçısı hesab edilir. 

ElMedia

Mənbə: Lenta.ru




Video

Video yüklənir...

Bizi izləyin

Facebook