Müdafiə Nazirliyi 4 hərbçinin minaya düşməsini təsdiq etdi
2021-02-09 14:22:00
Müdafiə Nazirliyi 4 hərbçinin minaya düşməsini təsdiq etdi

Bu gün 5 Azərbaycan hərbçisinin minaya düşməsi ilə bağlı xəbər yayılmışdı. Müdafiə Nazirliyi məlumat yayaraq 4 hərbçinin adlarını açıqlayıb.  

✔ Fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
✔ İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
✔ Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.
✔ Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.
 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook