Nə bahalaşdı, nə ƏDV-dən azad olundu - Vergi Məcəlləsində bunlar dəyişdi - SİYAHI
2021-03-09 19:30:00
Nə bahalaşdı, nə ƏDV-dən azad olundu - Vergi Məcəlləsində bunlar dəyişdi - SİYAHI

Vergilər Məcəlləsinə dəyişikliklər edilib. 

Bəzi dəyişiklikləri diqqətinizə çatdırırıq. 

1. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilir

2. kəpəyin istehsalı və satışı daha 5 il müddətinə ƏDV-dən azad edilib

3. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı üçün dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir

4. idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir

5. qəlyan tütünləri, qızdırma ilə çəkilən tütün və tütün məhsulları aksiz vergisinə cəlb edilir

6. siqarların aksiz vergisi hər 1000 siqara 43 manat olub (əvvəl 31 manat). Hər 20 ədədlik qutuya əlavə 86 qəpik (əvvəl 62 qəpik)

7. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 35 manat aksiz vergisi (əvvəl 31 manat). Hər 20 ədədlik qutuya 70 qəpik (əvvəl 62 qəpik). siqaretin qutusu 8 qəpik bahalaşır. 

8. Elektron siqaret üçün maye hər litrinə 100 manat aksiz vergisi qoyulur (əvvəl 20 manat). Artım 5 dəfədir. 

9. Çəkmək üçün tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər – hər kiloqramına 30,0 manat aksiz vergisinə cəlb edilir (əvvəllər azad idi). 

10. Qızdırma yolu çəkilən tütünlər 1000 ədədinə 12,9 manat aksiz vergisi əlavə edilir (əvvəl bu məhsullara aksiz vergisi qoyulmurdu). Bu sıraya Glo, iQos kimi qızıdırıcı siqaretləri misal çəkmək olar. Hazırda Glo siqaretlərinin bir qutusu 3,5 manatdır. İndi əlavə hər qutuya 26 qəpiyə yaxın aksiz vergisi də ödəniləcək. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook