Oğrunu zəncirləyəni polisə çağırıblar
2021-02-16 20:08:00
Oğrunu zəncirləyəni polisə çağırıblar

Sosial şəbəkələrdə yayılan bu video istifadəçilər tərəfindən qınanıb. 

İnsanlar oğrunun qanunla cəzalandırılmalı olduğunu, bu şəkildə cəzalandırılmasının əleyhinə olduqlarını deyiblər. Videoda mağaza sahibinin oğrunun boğazına zəncir keçirərək onu harasa bağladığı görünür.

Hadisə Sabunçu rayonunda baş verib. Qafqazinfo bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Oradan bildiriblər ki, mağaza sahibi polisə çağırılıb və onun əməlinə hüquqi qiymətin verilməsi nəzərdən keçiriləcək. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook