Paşinyan müharibə zamanı gedən danışıqların detallarını açıqladı - İlk dəfə
2021-04-14 11:27:00
Paşinyan müharibə zamanı gedən danışıqların detallarını açıqladı - İlk dəfə

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı İkinci Qarabağ müharibəsi zamanı Rusiya vastəçiliyi ilə aparılan danışıqların detallarını açıqlayıb. 

O deyib ki, oktyabrın 19-da qərargah rəisi və "Artsaxın rəhbəri" ilə danışdıqdan sonra vəziyyəti təhlil edərək ağır güzəştlərlə sülhə getməyə razılıq əldə olunub. Bütün bunlar Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Bundan sonra o, Rusiya prezidentinə zəng edib və Ermənistanın Qarabağ ətrafındakı rayonları 5+2 şərti ilə Azərbaycana qaytarmağa razı olduğunu bildirib. "Biz Rusiya prezidenti ilə vəziyyəti ətraflı müzakirə etdik və tam olaraq razılaşdıq. Bilirsiniz ki, orada azərbaycanlı məcburi köçkünlər məsələsi var idi. Mən dedim ki, əgər bu məsələ Dağlıq Qarabağın statusu ilə bir yolla əlaqələndirilərsə, bizim bu məsələ ilə bağlı prinsipial etirazımız yoxdur". 

Bundan sonra Rusiya prezidenti Azərbaycan prezidenti ilə danışıb. Məlum olub ki, Bakı qəti şəkildə Hadrutun qaytarılmasını rədd edib və tələb edir ki, məcburi köçkünlərin o cümlədən Şuşaya qaytarılması heç bir halda status məsələsi ilə əlaqələndirilməməlidir. Bundan əlavə Bakı bütün 7 rayonun eyni zamanda qaytarılmasını tələb etdi. Bundan əlavə, Azərbaycan Qarabağın statusu məsələsinin gündəliyə salınmasını qəti şəkildə rədd etmişdi.

Paşinyan bu detalları ilk dəfə danışdığını deyib.

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook