Peyvəndlə bağlı saxta sənədlərə TƏBİB-dən münasibət
2021-04-05 16:05:00
Peyvəndlə bağlı saxta sənədlərə TƏBİB-dən münasibət

TƏBİB peyvəndin vurulması ilə bağlı saxta sənədlərin ortaya çıxmasına münasibət bildirib. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.

“Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir.

Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır.

TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.

Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.

Qeyd edək ki, belə sənədlərin yaranmasının səbəblərindən biri də peyvənd vurulan insanların bəzilərinin həmin sənədləri sosial şəbəkələrdə paylaşması ilə bağlıdır. Bununla əlaqədar hələ fevralda kiçik araşdırmamız da olmuşdu. Saxta sənədlərin peyda olmaması üçün verilən peyvənd kartlarını sosial şəbəkələrdə paylaşmama tövsiyə olunur.  

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook