Prezident İlham Əliyev azad edilmiş torpaqlarda inşa edilən ilk SES-in açılışını edib
2021-02-15 01:08:00
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda inşa edilən ilk SES-in açılışını edib

Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı Güləbird kəndində ilk su elektrik stansiyasının açılışını edib. 

Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşdığı videoda Prezident deyib: "Güləbird kəndinə getməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq. Digər stansiyalar da tikiləcək. Bütün azad edilmiş torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik". 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook