Qalip Öztürk və Kristinanın 11 uşaqlı ailəsi - Hədəf 105 uşaq
2021-02-13 15:45:00
Qalip Öztürk və Kristinanın 11 uşaqlı ailəsi - Hədəf 105 uşaq

Türk biznesmen Qalip Öztürk və onun rusiyalı həyat yoldaşı Kristinanın 11 uşağı var. 

Ailə qarşısına daha çox uşaq dünyaya gətirməyi məqsəd qoyub. Onlar Batumi şəhərində tanış olublar. O vaxt artıq Viktoriya adlı uşağı olan və tək yaşayan Kristina Batumidə istirahət edirmiş və təsadüfən Qaliplə rastlaşıb. Qalipin də artıq böyük övladları var idi. "Biz bir-birimizi ilk baxışdan sevdik", - deyə Kristina bildirir. 

Cütlük tezliklə ailə qurur. Onlar qərara alırlar ki, çoxlu uşaq sahibi olsunlar. Bir övladdan sonra bu hədəfə çatmaq üçün cütlük surroqat anaların xidmətindən istifadə etmək qərarına gəlir. Batumidə bu yolla övlad sahibi olmağa qanunla icazə verilir. Beləliklə, genetik olaraq uşaqlar onlara məxsusdur, amma onları bətində başqa qadın gəzdirir və dünyaya gətirir. Bütün bunlar 8 min avroya qədər ödəniş tələb edir. Surroqat analar ciddi yoxlanışdan keçir. Onlarla həm də psixoloqlar iş aparır ki, uşaq dünyaya gəldikdən sonra onu genetik valideynlərinə təhvil verməkdə problem yaşanmasın. 

Hazırda onların 11 körpəsi var. Kristina İnstagram səhifəsində 105 uşaq olmasını istədiyini yazmışdı. Amma sonradan demişdi ki, əlbəttə, bu təqribi rəqəmdir. "Sadəcə çox uşaq olmasını istəyirik, ona görə böyük rəqəm yazmışdım", - deyə fikirlərini açıqlayıb.

Ailə hələlik fasilə verib. Deyirlər ki, bu uşaqlar biraz böyüsünlər, çünki bu qədər körpəyə baxmaq çox çətindir. Bundan sonra yenə körpələrin olacağını deyirlər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook