Qızları Milli Qəhrəmanın məzarı üzərində - <span style="color:#ff0000">Ağdamda</span>
2020-11-27 13:01:00
Qızları Milli Qəhrəmanın məzarı üzərində - Ağdamda

Birinci Qarabağ müharibəsində şücaətləri ilə əfsanələr yazan Milli Qəhrəman Allahverdi Bağırovun məzarı illər idi ki, işğal olunmuş Ağdamda baxımsız qalmışdı. 

İndi onun hərbçi qızları - DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Dövlət Sərhəd Xidmətinin zabitləridir. 

"Qarabağ" futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook