Samsung-dan yeni qulaqcıq - Studiya səs effekti
2021-01-16 15:16:00
Samsung-dan yeni qulaqcıq - Studiya səs effekti

Samsung yeni Galaxy Buds Pro qulaqcıqlarını təqdim edib. 

Əvvəlki Galaxy Buds Live versiyasından fərqli olaraq bunun dizaynı ənənəvidir. Yeni qulaqcığın hər birində iki dinamik quraşdırılıb.Bunun hesabına səslənmə daha keyfiyyətlidir. Bundan əlavə, qulaqcıqda 3 mikrofon var. 

Bu qulaqcığı taxdıqda kənar səsləri eşitmək üçün rejimlər də var. Yəni danışdıqda kənar səslər bloklanır, adi halda isə rahat eşitmək mümkündür. 

Galaxy Buds Pro ilə 8 saat mütəmadi musiqi dinləmək olur. Qabında isə enerjini 28 saat saxlayır. Qulaqcıq qara, bənövşəyi və gümüşü rənglərdə buraxılır. Suya davamlıdır və studiya səs effekti var. 

Yeni qadjetin qiyməti 200 dollar müəyyən edilib. Azərbaycanda hələ ki modellər satılmadığı üçün qiymət müəyyənləşməyib. Bundan əvvəlki Galaxy Buds Live qulaqcığı isə ölkədə 300-360 manat civarında dəyişir. 

ElMedia

 

  

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook