Şəhid Kamran Kazımovun qızı doğulub
2021-04-15 13:04:00
Şəhid Kamran Kazımovun qızı doğulub

Daha bir şəhidimizin yeni doğulan övladının, şəhidi Kamran Kazımovun övladı Kamrananın zəruri xərcləri YAŞAT Fondu tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook