Separatçı Arutunyan dronla necə vurulduğunu danışıb
2021-01-30 15:04:00
Separatçı Arutunyan dronla necə vurulduğunu danışıb

Separatçı ordunun keçmiş başçısı Cəlal Arutunyan Azərbaycan dronunun onu necə vurduğunu danışıb.

Erməni mətbuatı bu barədə yazır: "O əvvəldən əmin idi ki, ona qarşı sui-qəsd törədilib. İçəridən kimsə satıb. Onun yeri barədə qarşı tərəf bilə bilməzdi. O öz maşınında getməyib və sükan arxasında özü olub. Telefonda kənar təsirləri və vibrasiya hiss edən Arutunyan anlayıb ki, dron yaxınlaşır. O, maşındakılarla birlikdə hərəkətdə olan avtomobildən tullanıb".

Xatırladaq ki, Vətən müharibəsində Arutunyan Azərbaycan Ordusu tərəfindən dron atəşi ilə vurulmuşdu. Ağır yaralanan separatçı indi özünə gəlib və ifadə verib.

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook