Sibirdəki nəhəng dəliklərin sirri açılıb
2021-02-18 18:15:00
Sibirdəki nəhəng dəliklərin sirri açılıb

Sibirdə yaranan nəhəng dəliklərin sirri açılıb

Alimlər bunun səbəbini metan qazı ilə əlaqələndirirlər. Qeyd edək ki, Rusiyanın Yamal və Qıdan yarımadalarında artıq 17 belə dəlik qeydə alınıb. Sonuncusu isə ötən ilin yazında peyda olub. Dəliklərin dərinliyi 30-50 metr arasında dəyişir. İlk vaxtlar elm adamları bunun səbəblərini heç cür izah edə bilmirdilər. Hətta mistik versiyalar da dolaşırdı. Bəziləri bu dəliklərin hansısa paralel dünyalara keçid olduğunu deyirdi. 

Son tədqiqatlar zamanı isə alimlər belə qənaətə gəliblər ki, yerin aşağı qatlarındakı metan qazları mütəmadi olaraq torpağı yumşaldır və onu səthə doğru itələyir. Yaz aylarında isə buzlaqlar əridikcə temperatur yüksəlir və bu səbəbdən partlayış baş verir. Partlayış zamanı böyük ərazidə torpaq və buz ətrafa çıxır. 

ElMedia 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook