Vüqar Səfərli həbs edildi - KİVDF-nin işi ilə bağlı əsas məqamlar
2021-01-14 16:03:00
Vüqar Səfərli həbs edildi - KİVDF-nin işi ilə bağlı əsas məqamlar

 Prokurorluğun KİVDF işi ilə bağlı yaydığı məlumatda əsas məqamlar:


► 2013-2019-cu illərdə Fond jurnalistlər üçün binanın tikintisini həyata keçirən "Portos" şirkətinin hesabına şişirdilmiş məbləğlər köçürüb

► Fondun icraçı direktoru olmuş Vüqar Səfərli qurumun ofisi üçün güzəştli şərtlərdən imtina edərək BMM-dəki binada baha qiymətə ofis icarəyə götürüb və 2011-2019-cu illərdə dövlət büdcəsinə 812 min manat ziyan vurub

► 2015-2019-cu illərdə Vüqar Səfərli qohumunun adına olan "Futbol+Qol" qəzetinə 300 min manat köçürüb

103 min manat dəyərində dəftərxana ləvazimatları mənimsənilib

► 2017-2019-cu illərdə ziyafətlər üçün nəzərdə tutulan 105 min manat israf edilib

► Vüqar Səfərli 2015-2018-ci illərdə cinayət yolu ilə əldə etdiyi 5 milyon 796 min manat vəsaiti bankdakı hesabından çıxararaq leqallaşdırıb

Vüqar Səfərli 4 maddə əsasında həbs edilib

► "Portos" şirkətinin sahibi Nadir Məmmədov 3 maddə əsasında həbs edilib


ElMedia
 

 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook