Yanğın, intihar, ölüm faktı - FHN-nin dünənə əməliyyatları
2021-03-10 12:29:00
Yanğın, intihar, ölüm faktı - FHN-nin dünənə əməliyyatları

Fövqəladə Hallar Nazirliyi dünən keçirdiyi əməliyyatlar barədə məlumat yayıb. 

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib".

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook