"Yaşat" Fondu vəsaiti necə xərcləyib - Hesabat
2021-03-03 12:33:00
"Yaşat" Fondu vəsaiti necə xərcləyib - Hesabat

"Yaşat" Fondu indiyədək toplanan 30 milyon 178 min manat vəsaitdən qazilər və şəhid ailələri üçün 11 milyon 589 min manat xərcləyib. 

Hesabata əsasən, xərclərin 82,34 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 12,87 faiz borcların ödənilməsinə, 4,36 faiz tibbi xərclərə sərf olunub. Konkret olaraq ən çox xərc istiqaməti ev təmirinə aiddir (69,17%). Sonrakı yerlərə bankr borcları (12,38%), məişət avadanlıqlarının alınması (3,32%), müalicə xərclərinin qarşılanması (2,80%) və digər daxildir. 

Hazırda 4156 şəxs Fondun öhdəliyinə götürülüb. Adlı siyahıya əsasən, şəhid ailəsinə və qazilərə ödənilən ən böyük məbləğ 15 min manatdır. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook