Yoluxanların sayı sağalanların sayını üstələdi
2021-02-23 14:46:00
Yoluxanların sayı sağalanların sayını üstələdi

Son müddət ərzində ilk dəfə Azərbaycanda yoluxanların sayı sağalanların sayından çox olub.

Belə ki, son sutkada koronavirusa 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər sağalıb, 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook