Avtoyumalara açar etibar etmək olarmı - <span style="color:#ff0000">Aktual</span>
2019-07-12 22:39:00
Avtoyumalara açar etibar etmək olarmı - Aktual

İyulun 11-də Bakıda bir qəza diqqəti çəkib. 

Belə ki, avtomobil ağaca çırpılıb və sürücü ölüb. Məlum olub ki, sürücü avtoyumanın işçisidir. O, yumaq üçün ona sahibi tərəfindən verilən Honda CRV maşınını sürmək istəyib, lakin qəza törədib. 

Avtoyuma işçisinin avtomobili əzməsi halı barədə sosial şəbəkə istifadəçilərindən biri də fotolar paylaşıb. Xanım sürücü maşınını yumağa verdikdən sonra onun arxasınca gəlib və götürüb gedib. Lakin sonradan qapının əzildiyini görüb. Bu barədə avtoyuma işçisinə iradını bildirsə də onlar etiraf etməyiblər. Amma maşındakı avtoregistratora baxdıqdan sonra hər şey məlum olub. 

Zərər böyük olmasa, xanım sürücü belə halların daha böyük fəsadlara yol aça biləcəyini söyləyərək hamıya açarı kənar şəxsə verməməyi tövsiyə edib. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook