Ekofəallar yaralı ceyranın ölüsünü tapıblar - Nazirlikdən açıqlama
2021-08-10 14:38:00
Ekofəallar yaralı ceyranın ölüsünü tapıblar - Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a açıqlamasında bildirib ki, avqustun 9-da Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. 

İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

***

Ötən günlərdə Şirvan Milli Parkında yaralı ceyranın görüntüləri yayılmışdı. 

Videoda ceyranın sol ayağından yaralı olduğu görünürdü. Ehtimallar sırasında onun odlu silahla vurulduğu, heyvan hücumuna məruz qaldığı kimi fikirlər var idi. 

"Ecofront" təşkilatının Facebook səhifəsində yayılan videonun ardınca fəallar həmin ceyranı taparaq ona yardım göstərmək qərarına gəliblər.  

Bu gün "Ecofront"un fəalı Cavid Qara Milli Parkda canlı yayım edərək ceyranın öldüyünü bildirib. 

O qeyd edib ki, ceyranın ayağındakı yara odlu silahla törədilib. Hələ ki müvafiq qurumlar bununla bağlı açıqlama verməyiblər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook