Azərbaycanda Tik-Tok trendi <span style="color:#ff0000">Populyarlaşır</span>
2020-11-30 01:03:00
Azərbaycanda Tik-Tok trendi Populyarlaşır

Tik-Tok-da azərbaycanlı istifadəçilər arasında #kareemtime trendi populyarlaşır. 

Trendi yaradanlar elə eyni adlı səhifə ilə fəaliyyət göstərən ailədir. Hind əsilli Kərim ailəsi ilə Qətərdə yaşayır. O, 2012-ci ildən YouTube-da yumor janrında videolar çəkərək paylaşıb. Bu trendin başladığı son 20 gündə isə ailənin sosial şəbəkə səhifələri sürətlə artır. Ötən gün ailə Tik-Tok-da abunəçilərinin sayının 2 milyona çatmasını qeyd edib. 

Azərbaycanda da ərəb musiqi altında bu səhnəcik əsasən Tik-Tok səhifələrində istifadəçilər tərəfindən çəkilib paylaşılır. 

Ümumilikdə #kareemtime haştaqı altında 90 mindən çox video paylaşılıb. 

Musiqiyə gəldikdə isə onu Misirin "Cairokee" rok qrupu ifa edir. "Ya Abyad Ya Eswed" ("Salam, ağlar, qaralar") adlanan mahnıda əslində yumora aid heç nə yoxdur. Mahnı cəmiyyətdə sosial ayrı-seçkilikdən bəhs edir. Mahnı ilk dəfə 2019-cu il martın 21-də YouTube-a yüklənib. İndiyədək klipə 63 milyondan artıq baxış olub. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook