Basketbolçunun qəza anı videosu - <span style="color:#ff0000">Feykdir</span>
2020-01-27 19:27:00
Basketbolçunun qəza anı videosu - Feykdir

Basketbolçu Kobe Bryant və qızı Mariya Onorenin helikopter qəzasında həlak olması bütün dünyada böyük əks-səda doğurdu. 

Xəbər saytları bu hadisə ilə bağlı bir sıra videolar paylaşdılar. Lakin bəziləri isə həmin hadisəyə aidiyyatı olmayan görüntülər yayımladılar. Azərbaycanda da xəbər saytları yoxlamadan bu cür informasiyalar yaydılar. 

Həqiqətdə isə həmin video  2018-ci ildə Ərəb Əmirliklərində baş verən helikopter qəzasının görüntüləridir.  

Qəza anı kimi təqdim edilən bu video və qəzadan sonra yayılan və real hesab olunan videodakı relyefi müqayisə etdikdə belə tamam fərqli coğrafi yerlər olduğu aydın görünür. 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook