"Bez kraska" yazanlar - Maşın elanlarının bərbad vəziyyəti
2021-02-09 15:51:00
"Bez kraska" yazanlar - Maşın elanlarının bərbad vəziyyəti

Azərbaycanın elan saytlarında yazılan mətnlər bərbad vəziyyətdədir. 

Belə saytlarda elanların "təsvir" hissəsini istifadəçilər özləri yazır. Sanki xarici vətəndaşlar yazır. Azərbaycanda latın qrafikasına illər önə keçilsə də hələ də çoxları ingilis qrafikası ilə Azərbaycan dilində yazır. Elə bil Azərbaycan dilində "ı", "ə", "ö", "ğ" və digər hərflər ümumiyyətlə yoxdur. 



Hələ "bez kraska" yazanlara da bir söz demək yerinə düşərdi. Rus dilində bu birləşmənin mənası "rəngi olmayan" deməkdir. Deməli, sizin satdığınız maşının rəngi yoxdur?.. Satıcılar bununla guya ki avtomobilin ikinci dəfə rənglənmədiyini demək istəyirlər. Halbuki yaza bilərlər ki, zavod rəngidir. Bununla da hər şey aydın olur. 



Yaxud da yazırlar ki, "ciddi adamlar narahat etsin". Görəsən, Azərbaycan dilinə bu ifadə necə düşüb... "Qeyr-ciddi insanlar narahat etməsin" ifadəsinin olduğunu bilirdik. Yəqin ki, "kreativ" elan yazanlar bunun tərsini fikirləşiblər. Elələri də var ki, "boş adamlar narahat etməsin" yazır. Sanki boş olanlar bunlara zəng edəcək. Nə isə... Sadəcə əgər belə bir fikir ifadə etmək istəyirsinizsə, "ciddi olmayanlar narahat etməsin" yazmaq kifayətdir. 

Elanlarda heç durğu işarələri çox vaxt yada düşmür. Sözlər eləcə bir-birinin ardınca düzülür. Elan oxuyanlar nə qədər əziyyət çəkir görəsən... Bu elanda satıcı salamlaşır, ardınca da "yaponka bez kraska". Bilmirsən, yaponkaya salam verir ya kimə...



Elə cümlələr var ki, orada səhvsiz bir söz tapanda sevinirsən. 



Çox vaxt rus dilinin sözləri işlədilir. Bu da adi danışıqdan gəlmə ifadələrdir. Çalışdıqca bu sözləri Azərbaycan dilinin ifadələrinə dəyişmək lazımdır. "Udarı" yoxdur yazırlar. Amma yazmaq olar ki, zərbə almayıb. 



Bir sözlə, avtomobil elanlarındakı mətnlər çox acınacaqlı vəziyyətdədir. Bunu dəyişmək üçün ya saytların moderatorları onları redaktə etdikdən sonra yayımlamalı, ya da insanlar özləri savadlı yazmağı öyrənməlidirlər. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook