Bu cadu Azərbaycanda tapılmayıb - <span style="color:#ff0000">Feyk məlumat</span>
2019-08-07 20:44:00
Bu cadu Azərbaycanda tapılmayıb - Feyk məlumat

Azərbaycan seqmentində Facebook səhifələrinin birində belə bir məlumat paylaşılıb ki, guya bir qadın həyətində qıfıllanmış Vudu kuklası tapıb.

Səhifə paylaşdığı fotoya belə bir şərh verib ki, bunu həmin qadının ərinə ediblər və məqsəd onların cinsi həyatını pozmaq olub. Sonra isə bunun Azərbaycanda olduğuna eyham vurulur. 

Lakin araşdırmalarımıza görə, bu kuklanın Azərbaycana heç bir aidiyyatı yoxdur. Bu foto ilk dəfə 2018-ci ilin əvvəllərində yayılıb, 2019-cu ildən etibarən əsasən ərəbdilli internet seqmentində geniş yayılıb. Portalların birində qeyd olunur ki, bu Vudu kuklası Səudiyyə Ərəbistanında bir ailədə tapılıb. Bir qadına qarşı edilib ki, onun övladı olmasın.

Ümumilikdə yuxarıda qeyd edilən səhifədəki məlumatın bir qismi düzdür ki, bu Vudu cadusudur. Lakin onu kişiyə qarşı deyil, qadına qarşı edilmiş hesab olunur. Azərbaycana isə heç bir aidiyyatı yoxdur. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook