Bu gün SŞ-də ən çox danışılan
2021-02-08 20:26:00
Bu gün SŞ-də ən çox danışılan

Sosial şəbəkələrdə bu gün rast gəlinən maraqlı paylaşımlardan bir neçəsini təqdim edirik. 


Şəhərdə hamının Mətiş kimi tanına qadına gözəllik salonlarının biri tərəfindən saç düzümü və makiyaj edilib. Qadının əvvəlki və sonrakı vəziyyəti foto və videolarda əks olunub. Qeyd edək ki, bir müddət əvvəl digər bir salon da ona saç düzümü etmişdi. Çox keçmədən əsasən küçələrdə dolaşan qadın əvvəlki vəziyyətinə qayıtmışdı. 

 

Gürcüstanın azərbaycanlılar yaşayn bölgəsində 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Qohumları isə qızın 14 yaşı olduğunu, 9-cu sinifdə oxuduğunu deyiblər. Oğlanın isə 19 yaşı var. Adətə görə qızı tez nişanlayırlar ki, başqasına verməsinlər. 


Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adını daşıyan İnstagram səhifəsində üzərində uku öndər Heydər Əliyevin fotosu olan köynəkdən döşəmə silmək üçün istifadə olunmasını göstərən foto paylaşılıb və bunun Qərbi Kaspi Universitetində edildiyi bildirilib. Bundan sonra universitet təkzib paylaşaraq məsələnin aradşdırıldığını bildirib. 


Rusiyanın Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Türkiyənin məşhur aktyorlarını qəbul edib. "Quruluş. Osman" teleserialının çəkiliş qrupu Kadırovun iqamətgahında olublar. Onlar arasında serialda rol alan azərbaycanlı döyüşçü Zabit Səmədov da olub. 


 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook