Çiyinlərində minaatanlar, 40 km-lik dağ-meşəlik - <span style="color:#ff0000">Şuşa əməliyyatı</span>
2020-11-27 19:44:00
Çiyinlərində minaatanlar, 40 km-lik dağ-meşəlik - Şuşa əməliyyatı

Tabor komandiri Kapitan Elmin Aslanov Vətən müharibəsi başlayan ilk gündən cəbhənin ön xətti olan Füzulidən başlayaraq Şuşaya qədər taboru ilə birgə döyüşərək şərəfli yol keçib.

Bu cəsarətli komandir və onun qəhrəman tabor heyəti işğalda olan Şuşa şəhərinə hücum etmək üçün 40 kilometrlik keçilməz dağlıq və meşəlik ərazini piyada qət ediblər. Bu zaman onlar müxtəlif çaplı minaatanlar və onların sursatı olan mina yeşiklərini öz çiyinlərində daşıyıblar (minaatanın komplektinin təxmini çəkisi 59 kq, mina yeşiklərinin isə minalarla birlikdə təxmini çəkisi 35 kq). Hadrut istiqamətindən Şuşa şəhərinə olan hücum əməliyyatının uğuru məhz belə dözümlü və çevik döyüş hissələrinin hesabına olub.

Dünya döyüş tarixi kitablarının şərəfli səhifələrinə yazılacaq Şuşa qələbəsini məhz belə fədakar və cəngavər Azərbaycan oğulları yazıb. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook