Dərviş gəldi, Paris geri çəkildi - <span style="color:#ff0000">Şərhlər</span>
2020-11-27 02:27:00
Dərviş gəldi, Paris geri çəkildi - Şərhlər

Fransa Senatının Qarabağın tanınması ilə bağlı məlum qətnaməsindən sonra ölkənin Xarici İşlər Nazirliyi belə bir respublikanı tanımadığını bəyan etdi. 

Artıq iki gündür sosial şəbəkələrdə bu, əsas mövzulardan biridir. 

Azərbaycan istifadəçiləri Fransanın Ermənistana münasibətini çoxdan bilir, ona görə də əsasən sərt tənqidlər üstünlük təşkil edir. 

 Ən çox xatırlanan isə M.F.Axundovun məşhur "Dərviş Parisi partladır" əsəridir. 


Dərvişin Parisi partdatmasindan atdilar zadniya
Ya məlixa...
 

Dərvişin hesabına xod gedirik...

Adə, bu qədər də barıt qoyarlaaar .... 

Senatın qərarından sonra Paşinyan bunu təqdir etmişdi. Ümumən ermənilər çox sevinmişdilər. Lakin rəsmi olaraq Parisin Qarabağı heç vaxt tanımayacağını bəyan etməsi qurbağa gölünə daş kimi düşdü. 

Dünən ermənilər necə toy-bayram edirdilər e. Yenə qaldı qursaxlarında... Hələ Paşinyan da bu gün uruslara müsahibəsində qoymuşdu üstünə ki, dünyanın diqqətinı çəkirik zad.

Senatın qərarına etiraz olaraq qətnamənin əleyhinə səs verən yeganə deputatın isə Natali Qulet olduğu bildirilir. İstifadəçilər isə ona xoş sözlər yazırlar. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook