Erməni könüllü Qarabağda başına gələnləri yazdı
2020-11-20 16:12:00
Erməni könüllü Qarabağda başına gələnləri yazdı

Xarici ölkələrdən Qarabağda döyüşməyə gələn erməni könüllüləri gördüklərini bölüşməyə başlayıblar. 

Onlardan biri bununla bağlı  Lost Armour forumunda yazıb. Andrewbek1974 nikneymli könüllü deyir ki, onlara ancaq avtomat veriblər, isti geyimləri olmayıb. Qarabağa gəldikdən sonra könüllüləri Şuşa ətrafına yollayıblar.  

"Şuşanın Şərqindəki mövqelərdə cəmi 50-60 döyüşçü var idi. Onların çoxu yerli əhali idi. Gecəni heç mövqelərdə keçirmirdilər. Bu bölüyə de-yure sırf erməni adı olan Hamlet rəhbərlik edirdi. O guya mayor idi, amma bunu heç nə ilə təsdiq etmək olmurdu. Bu "mayor"un deyəsən kriminal keçimişi var idi. Amma bəlkə də elə indi də belədi. Faktiki isə Aşot adlı yerli sakin rəhbər idi. O, 1969-cu ildə anadan olub. Sovet ordusunda xidmət edib. Bizim bölük köhnə səngərlərdə otururdu. Bizdə əlaqə vasitələri də yox idi". 

Könüllü deyir ki, əlaqəsizlik, təcrübəsizlik hətta gülməli hadisələrə də gətirib çıxarırdı.  

"Oktyabrın 23-ü ilk belə gülməli hadisə oldu. Keşikçilər səhərə yaxın atəş açmağa başladılar. Hamı da onlara qoşuldu. Bir sözlə, 20 dəqiqə haranısa gülləbaran etdilər. Elə bildilər ki, azərbaycanlıların hücumunun qarşısını alırlar. Səhər isə iki ölü qaban tapdılar". 

O yazır ki, elə bu cür problemlər Ermənistanın məğlub olmasına səbəb oldu. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook