Ermənilər Qazaxıstandakı qətli azərbaycanlıların üzərinə atmaq istəyirlər - <span style="color:#ff0000">Qazaxlar etiraz edir</span>
2019-01-07 00:39:00
Ermənilər Qazaxıstandakı qətli azərbaycanlıların üzərinə atmaq istəyirlər - Qazaxlar etiraz edir

Qazaxıstanın Karaqanda şəhərində ermənilərin qazaxlı gənci öldürməsinə qarşı etiraz mitinqləri keçirilib. 

Yüzlərlə etirazçı şəhərə çıxaraq erməni əsilli şəxslərin öz ölkələrində Qazaxıstan vətəndaşını qətlə yetirməsinin yolverilməz olduğunu bildiriblər və ədalət tələb ediblər. 

Qətl hadisəsi yanvarın 1-də "Drevniy Rim" adlı kafe yaxınlığında baş verib. Bir qrup qazaxlı və erməni əsilli şəxslər arasında kütləvi dava baş verib, nəticədə 23 yaşlı Qazaxıstan vətəndaşı bıçaqlanıb. Artıq 3 nəfər - Torqom Malxasyan, Soxak Malxasyan və Kair Nadırbekov şübhəli şəxs qismində həbs ediliblər. Narek Qururyan isə axtarışa verilib. 

Şübhəli şəxslər

Rəsmilər hadisənin millətlərarası münaqişə deyil, gənclər arasında yeni il gecəsi baş verən qarşıdurma olduğunu bildiriblər. Amma bu, insanları sakitləşdirməyib və onlar şəhərdə etirazlarını bildirmək üçün küçələrə çıxıblar. Mitinqə vilayət rəhbəri və ölən şəxsin atası da gələrək insanları sakitliyə çağırıblar. 

Hadisənin bəzi qəribə tərəfləri də var. Belə ki, Qazaxıstanın özündə qətlin səhvən azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı fikir də formalaşdıranlar olub. Hətta Semeye şəhərində bir qrup şəxs "Bakı" restoranına gələrək oranı bağlamağı, qisas alacaqlarını deyiblər. 

Məlum olub ki, qətldən biraz sonra iki azərbaycanlının axtarışa verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Buna görə də hadisəni azərbaycanlıların törətməsi barədə ilkin fikir formalaşıb. Lakin istintaq müəyyən edib ki, azərbaycanlılar davada iştirak etməyib, hadisə şahidi olublar. Bu barədə Karaqandada yaşayan bir azərbaycanlı sosial şəbəkədə məlumat verib. 

Göründüyü kimi, qətlin ermənilər tərəfindən törədildiyini bilən diaspora diqqəti soydaşlarından yayındırmağa çalışıb. Sosial şəbəkələrdə ermənilər indi də qətlin erməni gənclər tərəfindən törədilmədiyini hər cür yollarla göstərməyə çalışırlar və yalan məlumatlar yayırlar. Ermənilər indi də Qazaxıstanda ara qataraq guya özlərinin genosidlə üz-üzə qaldıqlarını deyirlər. Hətta qazaxları "vəhşi köçərilər" də adlandırırlar. Davanın da guya azərbaycanlıların başladıqlarını bildirənlər də var. Amma artıq Qazaxıstanın erməni diasporu da açıqlama yayaraq təəssüfləndiklərini bildiriblər və ölənin ailə üzvlərinə başsağlığı veriblər. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook