Güclü külək - <span style="color:#ff0000">Təşvişi</span>
2018-03-30 14:18:00
Güclü külək - Təşvişi

Azərbaycanda güclü külək proqnozu ilə bağlı sosial şəbəkələr və messencerlərdə istifadəçilərin bir-birlərinə xəbərdarlıq mesajları yayılır. 

Qeyd edək ki, hidrometeoroloqların proqnozlarına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Bununla əlaqədar bir çox qurumlar xəbərdarlıq yayıb. Təhsil Nazirliyi valideynlərə və müəllimlərə müraciət edərək azyaşlı məktəblilərlə bağlı ehtiyatlı olmağı tövsiyə edib: "Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur". 

Bakı Nəqliyyat Agentliyinin məlumatında isə dayanacaqlarda diqqətli olmaq tövsiyə olunur. "Bakı Nəqliyyat Agentliyi sərnişinlərimizdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələrini xahiş edirik". 

İstifadəçilər də bir-birlərini güclü küləklə bağlı agah olmalarına çalışırlar. 

Bir istifadəçi isə təhlükəsizlik tədbirlərinin siyahısını da dərc edib. 

Artıq güclü küləklə əlaqədar bəzi fəsadlar haqqında məlumatlar da yayılır. 

Külək həyəcanı mesencerlərdə insanların bir-birlərinə yazması ilə büruzə olunur. Hətta dənizçilərə edilən xəbərdarlıq da insanlar arasında yayılıb. 

Hidrometeoroqlar sabah da küləyin davam edəcəyini bildirirlər. 

Odur ki, ehtiyatlı olun, təhlükəsizlik tədbirlərinə əməl edin. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook