"İsgəndər" raketi ilə bağlı müəmmalar
2021-04-02 13:24:00
"İsgəndər" raketi ilə bağlı müəmmalar

Ermənistanın Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə olunması məsələsi yenidən gündəmə qayıdıb. 

Buna da səbəb ANAMA-nın Şuşada bu raketin fraqmentlərinin tapılması ilə bağlı açıqlamasıdır. Bu gün isə həmin qalıqlar nümayiş olunub. Bununla bağlı artıq xarici mətbuatda da əvvəllər məlumatlar yayılmışdı.

Sosial şəbəkələrdə bu mövzu müzakirə edilir. Ekspert OSman Gündüz bununla bağlı fikirlərini paylaşıb. 


"Belə görünür ki, “İskəndər” sonda Rusiyada, daha dəqiq onun silah bazarının başında partlayacaq
Xronologiya :
1. Vətən müharibəsi qalibiyyətlə başa çatan anda Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan Qarabağda İskəndər-dən istifadə edildiyini bildirdi
O zaman bu raketlərin bir neçəsinin Azərbaycana atıldığı, Bakı üzərində Azərbaycan HHM tərəfindən zərərsizləşdirilməsi ilə bağlı məlumatlar da mediada yer alırdı.
2. Ardınca Paşinyan bu raketdən istifadə edildiyini , lakin onun keyfiyyətsiz olması səbəbindən cəmi 10%-nin partlamasınıı açıqladı
3. Ermənistan Baş nazirinin bu rəsmi açıqlaması Rusiyada şok effekti yaratdı. Rusiyanın rəsmi mənbələri Rusiyanın ən məşhur silahını “keyfiyyətsiz” ittihamıdan qorumaq üçün bunun yalan olduğunu bildirdilər
4. Paşinyan Rusiyanın sərt reaksiyasından sonra ona səhv məlumat verildiyi və raketdən istifadə edilmədiyini bildirib
5. Prezident İlham Əliyev , xarici medianın diqqətini cəlb edən məşhur “ 4 saat” lıq mətbuat konfransında İskəndər-dən istifadə ilə bağlı Azərbaycan tərəfdə hansısa sübutların olmadığını açıqlamışdı. Güman etmək olardı ki, o zaman bizim hərbi komandanlığın əlində yetərli sübutlar olmayıb və ya Rusiyanı qıcıqlandırmaq məqsədə uyğun hesab edilməyib
6. Nüfuzlu beynəlxalq və yerli media, ekspertlər isə Ermənistanın İskəndər raketindən Azərbaycana qarşı istiafdə etdiyini açaqlamaqda davam edirlər
7. Ötən gün isə ANAMA İskəndər M raketinin qalıqlarının Şuşada tapılması haqqında sensasiya yarada biləcək açıqlama ilə çıxış etdi
Nəticə
Deməli müharibə zamanı Azərbaycana qarşı İskəndər raketindən həqiqətən də istifadə edilib
Qaranlıq məqamlar.
Rusiya tərəfi hər zaman bildirib ki, Ermənistana uzaq mənzilli İskəndər M deyil onun daha zəif versiyası olan İskəndər E raket kompleksini satıb. Qalıqları aşkar edilən isə İskəndər M raketidir.
Belə olan halda suallar yaranır ki , bəs İskəndər M raketini Azərbaycana, Şuşaya, o cümlədən Bakıya kim atıb və haradan atılıb ?
Güman ki, bu sualların cavabını Rusiya və Azərbaycanın hərbi komandanlığı çox yaxşı bilir.
Maraqlıdır ki, ANAMA-nın açıqlamasına Müdafiə Nazirliyi hələlik reaksiya verməyib"


ElMedia
Foto: Trend Agentliyi




Video

Video yüklənir...

Bizi izləyin

Facebook