Marsda qəribə bulud peyda olub - <span style="color:#ff0000">Müəmma</span>
2020-07-29 12:26:00
Marsda qəribə bulud peyda olub - Müəmma

Avropa Kosmik Agentliyi Marsın səthində 1800 km uzunluqda olan buludun fotolarını yayıb. 

Fotolar qırmızı planetin orbitində dövr edən "Mars Express" peyki vasitəsilə çəkilib. Uzunsov formada olan bulud hündürlüyü 20 km olan Arsiya Mons vulkanı yaxınlığında peyda olub. Ekspertlər bildirirlər ki, bu hadisə hər il eyni mövsümdə baş verir və çox qısa zamanda davam edir. Alimlər hələ ki bunun nə ilə bağlı ola biləcəyini tam aydınlaşdıra bilməyiblər. 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook