Məktəbdə şagirdlərin intim videosuna - <span style="color:#ff0000">Yuzerlərdən şərhlər</span>
2018-02-10 17:32:00
Məktəbdə şagirdlərin intim videosuna - Yuzerlərdən şərhlər

Bakının 132-134 nömrəli məktəbində 7-ci sinif şagirlərinin intim videosu yayıldıqdan sonra sosial şəbəkələrdə geniş müzakirə olunur. 

Artıq Bakı Şəhər Prokurorluğu da məsələyə qarışaraq videonu yayan şəxsin həbs olunduğunu bildirib. Artıq Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Mövzu sosial medianın diqqət mərkəzindədir. Bir çoxları cəmiyyətin avropalaşması istiqamətində hərəkət etməsinin bu cür hadisələrə gətirib çıxardığını deyir. Bəziləri isə bunun normal hal olduğuna işarə vurur. 

İstifadəçilər uşaqlara nəzarətin gücləndirilməsinin tərəfdarıdırlar. Belə ki, internetin hər yerdə olduğunu bir vaxtda azyaşlılar da böyüklər üçün olan saytlara daxil ola bilirlər. Bu işdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. 

İnsanlar televiziyaların da günahının olduğunu yazırlar. Telekanallarda erotik xarakterli hadisələrin, şou-biznes xəbərlərində intim məzmunlu açıqlamaların olmasının məktəblilələrə neqativ təsir etdiyini deyirlər. 

Eyni zamanda medianın da belə məsələlərə həssas yanaşmaması diqqət cəlb edir. Yəni istədikləri halda bu cür insan həyatına təsir edən hadisəni yaymaya da bilərdilər. 

Xatırladaq ki, Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook