Nazirin canlı yayımına 50 mindən çox baxış olub
2021-01-30 19:00:00
Nazirin canlı yayımına 50 mindən çox baxış olub

Bu gün təhsil naziri Emin Əmrullayev Facebook-da şəxsi səhifəsində canlı yayıma çıxaraq istifadəçilərin suallarını cavablandırıb. 

Nazirə 2 saat ərzində müəllimlər, tələbələr, valideynlər ən müxtəlif suallar ünvanlayıb. Ümumilikdə canlı yayıma və ondan sonra videoya 50 mindən çox baxış olub, 7 mindən çox şərh və sual yazılıb, 1200 nəfər canlı yayımı paylaşıb, 3500 nəfər isə bəyənib. 

Müşahidələrimizə görə, ümumən canlı yayım ideyası istifadəçilər tərəfindən müsbət qarşılanıb. Bunu bəyənmədə ancaq "like", "super" və "biz birlikdəyik" reaksiyalarının olmasından da görmək olur. 

Şərhlərə gəldikdə isə ən çox bəyənilənlərdən biri elə canlı yayımla bağlı olub. 

Şərhlər arasında iradlar da olub. Onlardan biri müəllimlərin sertifikatlaşdırılması ilə bağlıdır. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook