Nəfəsalaq kampaniyasının exosu - SŞ-də reaksiyalar
2021-04-12 16:38:00
Nəfəsalaq kampaniyasının exosu - SŞ-də reaksiyalar

Bir neçə gün öncə sosial şəbəkələrdə #nəfəsalaq həştəqi ilə aksiya başlayıb. 

İstifadəçilər parklarda, tək olarkən, təbiət qoynunda maska taxmağın mənasız olduğunu bildirərək Operativ Qərargahı bu qərarı ləğv etməyə çağırıblar. Bu həştəq ən çox Facebook-da populyar olub. Burada 4200, İnstagram-da 1187 istifadəçi #nəfəsalaq həştəqi ilə paylaşım edib. Həştəq Twitter-də də xeyli populyardlr. 

Ən çox paylaşılan post isə jurnalist Əzizə İsmayılovaya məxsusdur. Onun video-müraciəti 6100 dəfə paylaşlıb, 3900 layk qazanıb. 



Digər video isə Nikosayağı ləqəbi ilə tanınan Nicat Mütəllimova məxsusdur. O, həmin videoda kafelərin kandarından kənarda maska taxmaqla içəridə maska taxmamağın fərqini izah edib. Bu video bütün sosial şəbəkələrdə dəfələrlə paylaşılıb. 


 


 Tanınmış həkim Vasif İsmayıl isə bu aksiyanı dəstəkləmədiyini deyib. O, fikrini belə izah edib: "Bundan əvvəl ətrafda insan yoxdursa maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər. Buna görə də açıq havada  maska taxmaq məcburiyyəti gətirildi. İndiki zamanda epidemiyanın mümkün olduqca TEZ bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır. #nəfəsalaq kampaniyasının isə ƏKSİNƏ buna mane olduğunu düşünürəm .... VƏ DƏSTƏKLƏMİRƏM!!!". 

Amma istifadəçilər həkimə etiraz ediblər. 




Həklimi dəstəkləyənlər də olub. 




ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook