Psixoloqun tənqidlərə cavabı belə oldu
2021-01-29 15:20:00
Psixoloqun tənqidlərə cavabı belə oldu

Psixoloq Nərmin Şahmarzadə yenə medianın gündəminə gəlib. 

Bu dəfə o, post paylaşaraq bir xanım jurnalistin qazi tərəfindən tacizə məruz qaldığını deyib. 

Sosial media buna dərhal reaksiya verib. Rəylər isə psixoloqa qarşıdır. Mediada da buna reaksiya özünü çox gözlətməyib. "Musavat" qəzeti bu məsələyə ayrıca yazı həsr edib və ekspertlərdən rəylər alıb. Nərmin Şahmarzadəyə münasibət ümumilikdə mənfidir. Çünki o, 2019-cu ildə Milli Qərhəman Mübariz İbrahimovla bağlı tənqidi fikirlər səsləndirmişdi. İstifadəçilərin bu məsələ yaxşı yadındadır. İndi də müharibə iştirakçısı ilə bağlı deyilən bu sözlər yuzerlərdə kəskin mənfi reaksiyalar yaratdı. Ad və faktların göstərilməməsi səbəbindən bunun uydurma olduğunu deyirlər.

  

Nərmin Şahmarzadə isə onu tənqid edən "Musavat" qəzetinə belə cavab verib. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook