Şahruddinin Ronaldoya qarşı brilyant performansı - SŞ-də şərhlər <span style="color:#ff0000">VİDEO FOTO</span>
2021-03-25 14:09:00
Şahruddinin Ronaldoya qarşı brilyant performansı - SŞ-də şərhlər VİDEO FOTO

Sosial şəbəkə istifadəçiləri Portuqaliya-Azərbaycan oyunundan danışırlar. 

Matç 1-0 Portuqaliyanın xeyrinə başa çatsa da oyun bir çox məqamlarına görə maraq oyadıb. Kapitan Maksim Medvededin avtoqolundan başqa Portuqaliya yığmanın qapısından əlavə top keçirə bilmədi. Bu da qapıçı Şahruddin Məhəmmədəliyevin gözəl oyunu sayəsində mümkün oldu. O, qapıya yönələn 14 top saxlayıb, onlardan 6-sı isə real qol hesab oluna bilərdi. Ronaldonun isə asan oyun hesabına ol sayını artırmaq istəyi də ürəyində qaldı. 



Şahruddinin oyunu həm istifadəçilərin, həm də futbol dərgilərinin diqqətində olub. O, 9,7 xalla oyunun futbolçusu kimi təqdim edilib. 

  


Xaricdə istifadəçilərdən biri isə onun güclü oyun nümayiş etdirdiyini qeyd edib. 



Azərbaycanlı istifadəçilər də bu oyuna öz rəylərini bildiriblər. Xüsusən də Şahruddinlə bağlı çox sayda paylaşımlar edilib. 






ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook