Sefilyan Kəlbəcərə yürüşə çağırır, ermənilərsə ona şoumen deyir - <span style="color:#ff0000">Şərhlər</span>
2020-11-13 14:42:00
Sefilyan Kəlbəcərə yürüşə çağırır, ermənilərsə ona şoumen deyir - Şərhlər

Livanlı erməni, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı cinayətlər törətmiş Jirayr Sefilyan erməniləri noyabrın 14-də Kəlbəcərə yürüş etməyə çağırıb. 

Onun cavabını isə ermənilər özləri verib. Şərhlərdə erməni istifadəçilər onu şou düzəltməkdə qınayırlar. 

Yazırlar ki, bizim Kəlbəcərə ehtiyacımız yoxdur, bizə sağlam uşaqlarımız lazımdır. 

Bir istifadəçi isə Sefilyanı yerində oturmağı tövsiyə edir. "Otur yerində... İnsanların həyatını riskə atma. Edən idinsə vaxtında edərdin. Sən bizim uşaqların canına qıymaq istəyirsən. İmkan verin onlar ailələrinə qayıtsınlar". 

Ona hətta meymunluq etmə deyənlər də var. 

Qeyd edək ki, Azərbaycanın uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan təslimçilik bəyanatı imzalayıb. Sənədə görə, ermənilər noyabrın 15-dək Kəlbəcəri tərk etməlidirlər. Artıq ermənilər bir vaxtlar azərbaycanlıların olan evlərdən çıxırlar. Qəribə olan budur ki, özlərinə məxsus olmayan evləri yandırırlar ki, guya azərbaycanlılara qismət olmasın. Lakin əslində bu cür sınıq-salxaq evlərə heç ehtiyac da yoxdur. 

Kəlbəcər daim azərbaycanlıların məskunlaşdığı yerdir. 1979-cu ilin statistikasına əsasən, orada əhaıinin 0,1 faizi ermənilər olub. Hazırda Kəlbəcərdən 70 min azərbaycanlı əhalıisi doğma yurdlarına qayıtmağı səbrsizliklə gözləyir. İşğaldan sonra ora yerləşdirilən ermənilər isə sanki doğma torpaqları olduğu kimi davranırlar. Amma necə deyərlər, özgə atına minən tez düşər. 

ElMedia

 

 

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook