Şəhid ailələrini çəkmək üçün 200 manat... - Jurnalist problemdən danışdı
2021-01-16 18:41:00
Şəhid ailələrini çəkmək üçün 200 manat... - Jurnalist problemdən danışdı

Vətən müharibəsinin şəhidləri və qaziləri barədə KİV-lər reportajlar hazırlayır, yazılar dərc edir.

Sosial şəbəkə səhifələri də yaxınlarının xahişləri ilə onların fotolarını və keçdikləri döyüş yolunu əks etdirir. 

Amma bu istiqamətdə də bir sıra xoşagəlməz halların olduğu məlum olub. Jurnalistlər və blogerlər reytinq və YouTube kanallarında pul qazanmaq xatirinə şou xarakterli süjetlər hazırlamağa üstünlük verir, bir çox şəhid ailələri isə diqqətdən kənarda qalır. 

Bununla bağlı problemə jurnalist İlkin Muradov diqqət çəkib. O yazır: 

"Nə qədər şəhid ailəsi, qazilər var ki, çəkiliş istəyirlər. Bölgələrdə çəkilişə diqqət çox aşağıdır, yerli jurnalistlər də çox zaman tanıdıqları adamları çəkir. Həm də çəkiliş üçün sensasiya, yaxşı reytinq axtarıldığı üçün bir çox şəhid ailəsi də diqqətdən kənar qalıb.

Bunların hamısını bir kənara qoyuram, amma şəhid ailələrindən pul alıb çəkiliş edənlərə nə ad verim? Nə deyim? Gedirlər icra nümayəndəsinin yanınına. İcra nümayəndəsi də həyasız-həyasız şəhid ailəsinə zəng edir ki, çəkiliş var, amma pulludur. Kim istəyirsə gedib onu çəkirlər. Qiyməti də 200 manatdan başlayır. İt sürüsü..."

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook