Sən dahisən, Maradona - <span style="color:#ff0000">Rəylər</span>
2020-11-25 21:41:00
Sən dahisən, Maradona - Rəylər

Dünya şöhrətli futbolçu Dieqo Maradona ürək tutmasından 60 yaşında vəfat edib.    

Bununla bağlı Argentinada 3 günlük matəm elan edilib. 

Noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilmiş, onda subdural hematoma xəstəliyi aşkarlanmışdı. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmış, noyabrın 12-də o, xəstəxanada evə buraxılmışdı.

Maradona 60 yaşını oktyabrın 31-də qeyd edib. Onun yaxınları futbolçunun fotolarını paylaşıblar.

İstifadəçilər də fkkirlərini bölüşürlər. Onun əllə qol vurmasını xatırlayır, "Allahın əli" kəlməsini yada salırlar.

"Heyif getdi futbolun canlı əfsanəsi. Həmişə əl ilə vurduğu qola görə xatırlanan əfsanəvi futbolçu". 

Azərbaycanda da Maradonanın kifayət qədər fanatı var. Şərhlərdə onun futboldakı uğurları ilə yanaşı, narkomanlığa meyilliyinin belə acı sonluğa səbəb olduğu qabardılır. 

"Bu cür əfsanə özü öz canının qatili oldu". 

Maradonanın ölümünü zarafata salanlar, onun narkotiklərə aludə olmasını ironiya edənlər də var Azərbaycan sementində. Amma buna görə onlara irad tutanlar da öz fikirlərini qeyd edirlər. 

Ölüm hamının önündədir. Belə bir əfsanəvi şəxsiyyətin həyatdan köçməsi ilə məzələnmək ən azından nadanlıqdır. O, dünya şöhrətli bir şəxsiyyət idi.

ElMedia

Maradona oğlu ilə mahnı oxuyur. 
 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook