Sevilin intiharına SŞ-də sərt şərhlər
2021-02-21 00:34:00
Sevilin intiharına SŞ-də sərt şərhlər

20 yaşlı Sevil Atakişiyevanın intiharı sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. 

Hadisə 2 gün öncə Bakının Xətai rayonunda baş verib. Lakin bu gün Sevilin yazışmaları yayıldıqdan sonra intiharın ehtimal olunan səbəbi də üzə çıxıb. Yazışmalarda tələbə qız atası tərəfindən böyük təzyiqlərə məruz qaldığını göstərir. Atası onu daim təhdid edib, öldürəcəyi ilə hədələyib. Sevilin kiminlə yazışdığı bilinmir. 

Baş prokurorluq da bununla əlaqədar dərhal məlumat yayaraq yazışmalarla bağlı araşdırma aparılacağını bildirib. 

İstifadəçilər isə bu hadisəyə sərt reaksiya veriblər. 



İstifadəçilər övladın bu vəziyyətə düşməsində valideynləri qınayırlar. Bəziləri isə valideynləri cəzalandırmağı tələb edirlər və həştəqlə çıxış edirlər. 



İntiharın da çıxış yolu olmadığını deyənlər var. Hesab edirlər ki, belə vəziyyətdə də çıxış yolu tapmaq olar. 



Amma istifadəçi deyir ki, hələ məsələ tam aydın deyil. Ona görə də təfərrüatların aydınlaşmasını gözləmək lazımdır. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook