SŞ-də istifadəçilər bu polisi müzakirə edir
2021-02-17 12:43:00
SŞ-də istifadəçilər bu polisi müzakirə edir

Polis əməkdaşının bərbərxanada qadına qarşı zor tətbiq etməsi sosial şəbəkələrdə əsas müzakirə mövzularından olub. 

Hadisə Bakının Yasamal rayonunda baş verib. Artıq Daxili İşlər Nazirliyi onu işdən azad edib. Bu, Yasamal RP-nin 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubadovdur. O, bərbəxanaya daxil olaraq qeydiyyatçı qadına maska taxmadığına görə cərimə yazacağını deyib, qadın isə maska taxdığını bildirib. Sonra qapını bağlamaq istəyən qadını polis itələyib. 


Hadisə barədə ARB televiziyası da polisə yaraşmayan hərəkətə görə tənqidi süjet yayımlayıb. 

İstifadəçilər bu hərəkətin polisə qarşı bir inamsızlıq yaratdığını, belələrinin yaxşı polislərin də imicinə zərər gətirdiyini deyirlər.





ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook