Tərtər çayı Bərdədə öz hövzəsinə qayıdır - <span style="color:#ff0000">Bazarı su basdı</span>
2020-11-28 14:27:00
Tərtər çayı Bərdədə öz hövzəsinə qayıdır - Bazarı su basdı

Bərdədə tikinti bazarına su dolub. 

Sosial şəbəkələrdə yayılan məlumatlarda suyun Suqovuşandan gəldiyi bildirilir. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Real Tv-yə bildirib ki, “Sərsəng” su anbarının suyunun sözügedən bazara axıdılması iddiası əsassızdır.

"İşğaldan azad olunan “Suqovuşan” su anbarı işğal zamanı ermənilər tərəfindən yararsız hala salınıb. Üzərindəki hidrotexniki qurğular sıradan çıxıb. Anbardan çıxan su yalnız qəzatullayıcı vasitəsilə Tərtər çayına axıdılır. Bu səbəbdən də çaya verilən suyun nizamlanması mümkün olmadığından ərazidə subasma qeydə alınıb. Suqovuşandan gələn su seli bura axıb".

Sosial mediada istifadəçilər bazarın məhz Tərtər çayı hövzəsində yaradılmasının səhv olduğunu vurğulayıblar. 

İstifadəçilər Bərdə ərazisində selin görüntülərini yayıblar. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook