"Topçu" arağı ilə bağlı fikirlər haçalaşdı - <span style="color:#ff0000">Şərhlər</span>
2020-11-30 15:58:00
"Topçu" arağı ilə bağlı fikirlər haçalaşdı - Şərhlər

Dünəndən etibarən sosial şəbəkələrdə "Topçu" arağı ilə bağlı müzakirələr gedir. 

Məsələ barədə qısaca demək olar ki, "Azqranata" şirkəti müharibə dövründə yayılan topçu fotosunu istehsal etdiyi arağın üzərinə vurub. Bunun üçün şirkət Vüsal Şahkərimovun atasından rəsmi icazə alıb. Lakin narazılıqları görən İslam Şahkərimov icazəsini geri götürdüyünü deyib. 

İndi keçək sosial şəbəkələrdəki reaksiyalara. Buna ilk mənfi münasibət bildirənlər sırasında jurnalist Ləman Əşrəfqızı olub. O, yazdığı statusunda bunu sadəcə qazanc üçün istifadə olunduğunu deyib. 

İstifadəçilər də tənqidə qoşularaq bu addımı düzgün hesab etmədiklərini bildiriblər. 

Amma bu fikri dəstəkləyənlər də var və belə yanaşmanı normal hesab edirlər. 

Qeyd edək ki, artıq müharibə mövzusunda bir sıra spirtli içkilər buraxılıb. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook