Ukraynalı jurnalistdən Şuşa əməliyyatının <span style="color:#ff0000">Təfərrüatları</span>
2020-12-02 23:28:00
Ukraynalı jurnalistdən Şuşa əməliyyatının Təfərrüatları

Azərbaycan əsgərləri oktyabrın 29-da artıq Şuşa ətrafında idilər. 

Bunu bloger-jurnalist Aleksandr Xarçenko videomüzakirələrin birində deyib. Xatırladaq ki, bu bloger İkinci Qarabağ müharibəsini erməni tərəfdən işıqlandırıb və yaralı Azərbaycan əsgəri Amin Musayevi ilk videoya çəkən jurnalistdir.

Onların əlində olan radiomübarizə sistemləri Bayraktara qarşı köməksiz idi

Müzakirələrdə əsasən Azərbaycanın uğurlu hərbi əməliyyatlarından və Ermənistan ordusunun məğlubiyyətindən danışılıb.

Xarçenko bildirib ki, Ermənistan "Bayraktar" PUA-larına qarşı hər cür havadan müdafiə sistemindən istifadə etməyə çalışdı, amma heç nə edə bilmədi.

"C-300 raketləri də işə yaramadı. Onların əlində olan radiomübarizə sistemləri Bayraktara qarşı köməksiz idi". 

Xarçenko iddia edib ki, Azərbaycan tərəfi KORAL havadan müdafiə sistemi vasitəsilə radiomübarizə sistemlərində ciddi problemlər yaradırdı. "Söhbət edirdilər ki, radiolokasiya monitorlarında eyni zamanda onlarla hədəf əmələ gəlirdi və sistem orientasiyasını itirirdi. Bayraktara qarşı heç nə kömək etmirdi. Ermənilər 2016-cı il döyüşlərindən sonra yalnız kiçikhəcmli PUA-larla mübarizəyə hazırlaşmışdılar. Amma belə olacağını heç ağıllarına gətirmidrilər". 

Döyüşlərin birində onlar tərəfə ermənilərin 4 zirehli texnikası getdi, amma yalnız ikisi geri döndü

Ukraynalı jurnalist ermənilərin silahları atıb qaçdığını da deyib. "Hətta Kornet raketlərini də atıb qaçmışdılar". 

Aleksandr Xarçenko erməni ordusunda motivasiyanın aşağı olmasını tam olaraq etiraf etməsə də bunu açıq şəkildə digər iştirakçı Vldalen Tatarski deyirdi. O elə Xarçenkodan soruşur ki, axı Hadrut və Şuşa şəhərləri heç bir dağıntısız Azərbaycan ordusu tərəfindən alınıb, bu nə deməkdir? Bu elə onların qaçması deməkdir.

 Xarçenko Şuşa əməliyyatı barədə də danışıb. 

Deməli, azərbaycanlılar müasir texnikasız da döyüşə bilirlər

"Ermənilər düşünürdülər ki, Azərbaycan əsgərləri Qırmızı Bazar və Laçın tərəfdən gələcəklər. Amma azərbaycanlılar silah-sursatları çiyinlərində daşıyaraq yol olmayan tərəfdən gəldilər. Əslində oktyabrın 29-dan artıq Şuşa ətraflarında Azərbaycan əsgərləri görünmüşdü. Azərbaycanlılar son hücumdan öncə Xankəndi və Şuşa arasındakı yolu bağladılar. Sonra sıldırımlı  qayalardan keçərək üç tərəfdən şəhərə girdilər. Şəhərin içində təxminən 2 minə yaxın erməni əsgəri olardı. Onlar tamamilə özlərini itirdilər. Hücum edən Azərbaycan əsgərlərində heç bir raket sistemləri yox idi. Adi qumbaratanlar, pulemyot və avtomatlar idi. Döyüşlərin birində onlar tərəfə ermənilərin 4 zirehli texnikası getdi, amma yalnız ikisi geri döndü. Bu ikisindən biri də vurulmuşdu. Lakin hərəkət edə bilirdi. Şuşa ətrafında ermənilər 8 tankla müdafiə olunurdu, azərbaycanlılarda isə yalnız piyada qüvvələri idi". 

Vladlen Tatarski: "Azərbaycanlılar çox cəsurdular. Qayalarla yalnız yüngül silahlarla hücuma keçirlər. Onların motivasiyası çox yüksəkdir. Deməli, azərbaycanlılar müasir texnikasız da döyüşə bilirlər". 

Erməni komandir dedi geri çəkilirik. Çünki anlayırdı ki, döyüş olarsa, onların heç bir şansı olmayacaq

Aleksandr Xarçenko: "Bir dəfə 40-50 nəfərlik erməni qrupu ilə dağa getdik. Çəkiliş aparırdıq. Qarşımıza 200 nəfərlik Azərbaycan xüsusi təyinatlıları çıxdı. Çox hazırlıqlı idilər. Erməni komandir dedi geri çəkilirik. Çünki anlayırdı ki, döyüş olarsa, onların heç bir şansı olmayacaq. Azərbaycanlılar da bizi gördü, amma bizə heç bir reaksiya vermədilər. Görünür, onların tapşırığı başqa idi. Azərbaycanlılar Şuşaya girdikdən sonra ermənilər şəhəri geri almaq üçün cəhdlər etdilər. Amma mənə aydın ki, artıq onlar heç nə edə bilməyəcklər". 

Biz onu tapanda dirsəkləri üstündə dayanmışdı. Ayağından yaralı idi deyə qalxa bilmirdi

Xarçenko yaralı halda tapılan Azərbaycan əsgəri Amin Mmusayevdən və Bayramdan danışıb. "Amini və Bayram Kərimov təsadüfən tapıldılar. Ermənilər öz əsgərlərini axtarırdılar. Bayram tapılanda mən görməmişdim. O belindən yaralı idi. Özündə deyildi. Danışa bilmirdi yaxşı. Amini isə mən çəkiliş aparadığım zaman tapdıq. Biz onu tapanda dirsəkləri üstündə dayanmışdı. Ayağından yaralı idi deyə qalxa bilmirdi. Çox cəsur idi. Mənə də əl atırdı ki, kameranı yığışdır. Düzdü, ermənilər bir neçə dəfə onu güllələmək istədi. Mən qoymadım ki, etməyin, o əsirdi. Sonra onu təpədən düşürtdük. Ermənilər elə bilirdilər ki, o, türkdü. Soruşdular azərisən, o da azəri dedi. Bu zaman bir erməni onu azəricə söydü, Amin də elə o dəqiqə erməniyə söyüşlə cavab verdi". 

Vladlen Tatarski: "Deməli çox cəsurdu ki, o halda belə erməniyə söyüşlə cavab qaytarır". 

Aleksandr Xarçenko: "Əvvəllər azərbaycanlılar məni internetdə çox söyürdülər, hədələyirdilər. Amma Aminə kömək etdikdən sonra mənə təşəkkür yazanlar çox oldu. Mən sadəcə insanlıq borcumu yerinə yetirdim. Ümid edirəm Amin evinə dönəcək". 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook