Zarafatla post yazıb qızğın müzakirə yaratdı - SŞ ab-havası
2021-04-06 19:51:00
Zarafatla post yazıb qızğın müzakirə yaratdı - SŞ ab-havası

Sosial şəbəkədə zarafatla yazdığı posta görə həm məşhurlaşdı, həm də sərt tənqid olundu.

Bu gün İnstagram və Facebook səhifələrində Şəhla Şam adlı bir istifadəçinin yazdığı postun skrini dolaşır. Orada qaynana kimi gəlinlərindən maaş kartlarını aldığını yazır və üçüncü gəlininin ona kartı vermək istəmədiyini bildirir. "Xoşbəxt qadınlar  klubu" adlı Facebook qrupunda yazılan bu post sonradan sosial şəbəkələrdə dolaşmağa başlayıb. 


  


Səhifələrdə müəllifi tənqid və təhqir edənlər xeyli saydadır.  




Lakin həmin şəxsin səhifəsini araşdırdıqda bəlli olur ki, o postu istifadəçi aprelin 1-də - Gülüş günü yazıb. Bundan əlavə həmin tarixdə öz səhifəsində nə vaxtsa qaynana olacağını deyib. Yəni hazırda onun uşaqları kiçikdir. 



Bundan əlavə istifadəçi özü haqqında yazılanlara da yumorla yanaşıb. 



ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook