"Azərbaycan Twitter-ə pul verib" - Ermənilər qəzəbli
2021-02-24 13:45:00
"Azərbaycan Twitter-ə pul verib" - Ermənilər qəzəbli

Ermənilər Twitter-ə qıcıq olublar. 

Dünən bu sosial şəbəkədə Ermənistana aid 35 akkaunt bloklanıb. Səbəb isə onların özlərini Azərbaycanın rəsmi şəxsləri, dövlət qurumları və mediası kimi təqdim etməsidir. Bu feyk səhifələr vasitəsilə ermənilər Azərbaycana qarşı təbliğat aparıblar. Bununla bağlı xəbəri Reuters, Associated Press və digər dünyanın tanınmış media qurumları yayıb. Twitter-də isə #ArmenianGovernmentTrolls haştaqı ilə kampaniya başlanıb və 1500 tvit paylaşılıb.  Azərbaycan seqmentində hazırda populyar haştaqlardan biridir. Bu məsələyə hətta Prezidentin köməkçisi Hikmət Hacıyev də münasibət bildirib. O deyib ki, müharibə dövründə ermənilər onun da adına feyk akkaunt açmışdılar. O, tezliklər Azərbaycana aid rəsmi şəxslər və qurumların səhifələrinin təsdiqlənəcəyi ilə bağlı ümidli olduğunu qeyd edib. 

Erməni istifadəçilər bundan çox qəzəbləniblər. Artıq Azərbaycanın Twitter-ə pul verdiyini deyənlər də var.

Bununla bağlı Twitter-in nümayəndəsi Yoel Rot tvit paylaşıb. Ermənilər də onun paylaşımına reaksiyalar veriblər. Çoxları da "erməni soyqırımı" mövzusundan manipulyasiya kimi istifadə etməyə çalışıb. Halbuki açıq-aydın yazılıb ki, bu səhifələr feyk olub və sosial şəbəkənin qaydalarını pozub. 

 ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook