Facebook-dan oğurlanan Azərbaycan yuzerlərinin məlumatlarını Telegram-da tapmaq mümkündür
2021-04-04 03:43:00
Facebook-dan oğurlanan Azərbaycan yuzerlərinin məlumatlarını Telegram-da tapmaq mümkündür

Facebook-un 533 milyon istifadəçisinin məlumatları xakerlər tərəfindən yayılıb.

Bu barədə təhlükəsizlik üzrə araşdırmaçı Alon Qal məlumat yayıb. O bildirib ki, ilk dəfə belə məlumatlar yanvarda Telegram kanallarının birində rast gəlib. Həmin vaxt insanlar hansısa şəxsləri tapmaq üçün bəzi Telegram botlarından istifadə edirdilər. 

İstifadəçilərin telefon nömrələri, doğum günləri, elektron ünvanları, yaşadıqları şəhərlər barədə məlumatlar paylaşılıb. Xakerlər Facebook-un 2019-cu ildə düzəltdiyi boşluqdan istifadə ediblər. Ona görə də məlumatlar bu dövrə qədər olanlardır. 

Məlumatları açıqlanmış istifadəçilər arasında Azərbaycan da var. Ölkədə 99 472 nəfərin məlumatlarının açıqlandığı qeyd olunur. 

Bildirək ki, bu məlumatlardan əsasən reklam və spam yaymaq üçün istifadə oluna bilər. Telefona yad nömrələrdən gələn linklərə daxil olmaq tövsiyə olunmur. 

Müşahidə etdiyimiz belə botlardan biri @glazbogabot adlanır. Burada öz və ya başqa şəxsin fotosunu göndərib həmin şəxs barədə məlumat almaq olur. Məlumat sırasında şəxsin yaşı, yaşadığı şəhər, adı və soyadı, sosial şəbəkə profilinə keçid qeyd edilir. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook