Facebook qaradərilini meymuna bənzədib - Üzr istədilər
2021-09-04 18:02:00
Facebook qaradərilini meymuna bənzədib - Üzr istədilər

Facebook-un süni intellekti qaradərili şəxs barəsində olan videonu istifadəçilərə primatlar (əsasən meymunkimilər nəzərdə tutulur) haqqında görüntü kimi tövsiyə edib.

Şirkət bu səhvə görə üzrxahlıq etməli olub. Bundan sonra sosial şəbəkədə tövsiyə videolarda süni intellekt söndürülüb və araşdırma başlanılıb. Video Daily Mail tərəfindən ötən il iyunun 27-də dərc edilib. Orada qaradərili insanların polislə toqquşmalarından bəhs edilir. Sosial şəbəkə isə bu videoya baxanlara "primatlar haqqında videolara baxmaq istərdinizmi" təklifini verib. 

Süni intellekt bir sıra hallarda qaradərili insanlara qarşı belə diskriminativ seçimlər edir. Oxşar hadisə 2015-ci ildə Google şirkətinin servisində baş vermişdi. Google Foto qaradərili insanları qorilla kimi qeyd etmişdi. 

 ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook