Facebook istifadəçilərin fikirlərini oxumaq istəyir - <span style="color:#ff0000">Yaxın gələcək</span>
2019-09-26 20:32:00
Facebook istifadəçilərin fikirlərini oxumaq istəyir - Yaxın gələcək

Facebook kompyuterin fikirlə idarə olunması üzrə proqram təminatı hazırlayan CRL-Labs startapını almaqla bağlı razılıq əldə edib. 

Bloomberg xəbər verir ki, razılaşmaya yaxın mənbələr qiymətin 500 milyon - 1 milyard dollar arası ola biləcəyini bildiriblər. Lakin Facebook bununla bağlı rəsmi açıqlama verməyib. 

Ekspertlər isə diqqəti ona yönəldirlər ki, niyə milyardlarla insanı birləşdirən sosial şəbəkə nəhənginə beyinlə idarə olunan texnologiya lazımdır. Müəllif Endryu Hatçinson xatırladır ki, hələ ötən əsrin 60-cı illərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məxfi MKUltra proqramını yaratmışdı. bu proqram insanlar üzərində dərmanlarla təcrübələrin aparılmasını və bu yolla onların şüurunu idarə etmək cəhdləri ilə bağlı idir. Eksperimentlərdə hətta itlərin beyninə implantlar yeritməklə onların hərəkətlərini idarə etmək cəhdləri də olub. 

Müəllif bu məsələni Facebook-un fikirlə kompyuterin idarə olunması startapını alması fonunda yada salır. Bu startap beyində neyronların aktivliyini qeydə alır və onun nə düşündüyünü müəyyən edir. Sonra isə neyronların həmin aktivliyi kompyuter ekranında əks olunur. Beləliklə, Facebook bu startapla milyonlarla insanın beyninə qoşula bilər, deyə Hatçinson yazır. 

Facebook oxşar proqram təminatı üzərində çoxdandır işləyir. 2017-ci ildə F8 konfransında şirkət istifadəçilərə düşündükləri sözləri ekranda çap etməyə imkan verən sistem üzərində işlədiyini bəyan etmişdi. Amma sonradan bu sistem üzərində çalışan 60 nəfərlik gizli qrupun ləğv edildiyi məlum olmuşdu. Lakin CTRL-Lab startapının alınması ilə bağlı xəbər göstərir ki, Facebook hələ də bu işlə məşğuldur və fikirləri oxuyan sistemi əldə etməyə çalışır. 

Bu videoda həmin proqram təminatı ilə istifadəçi kompyuter oyununu beyni vasitəsilə idarə edir. 

Əlbəttə, bu sistemdən iflic olan şəxslər ünsiyyət üçün istifadə edə bilərlər. Amma hər bir halda insanlar Facebook-a beyinlərinə girməyə icazə verməlidirlərmi. Hatçinson sosial şəbəkə nəhənginin insanların şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi ilə bağlı qalmaqalı xatırladaraq qeyd edir ki, kim zəmanət verə bilər ki, şirkət bu alətdən reklam məqsədləri üçün istifadə etməyəcək. Ona görə də müəllif müvafiq qurumların nəzarət mexanizmlərinin olmasının vacibliyini önə çəkir. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook