İnstagram bu funksiyanı ləğv etmək istəyir
2021-02-03 02:50:00
İnstagram bu funksiyanı ləğv etmək istəyir

Instagram-da dəyişiklik gözlənilir. 

Şirkətin elanına görə, xronikada paylaşılan postların storidə paylaşılması imkanı dayandırıla bilər. Bununla bağlı İnstagram istifadəçilərə bildiriş göndərib. 

Bildirilir ki, istifadəçilər storilərdə xronikada paylaşılan postları az görmək istəyirlər. "Bu test müddətində siz xronika postlarını storidə paylaşa bilməyəcəksiniz", - deyə bildirişdə qeyd olunur. Test əsasən Çili, Tailand, Argentinada aparılır. Onun nəticələrinə uyğun olaraq İnstagram bu funksiyanı saxlayıb saxlamamaq barədə qərar verəcək. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook